Gündəm

Tacikistan və İran qarşılıqlı ticarətdə dollardan imtina edir

Tacikistan və İran ticarət əlaqələrində ABŞ dollarından istifadəni dayandıraraq milli valyutalarla hesablaşmaya keçmək barədə razılığa gəliblər.

Bu barədə qərar İranın sənaye nazirinin Düşənbəyə rəsmi səfəri çərçivəsində keçirilən görüşlərdə qəbul olunub.

Məlumata görə, hər iki ölkə iqtisadi asılılığı azaltmaq və bank əməliyyatlarını asanlaşdırmaq məqsədilə bu addımı atıb.

İran və Tacikistan arasında iqtisadi tərəfdaşlıq son illərdə sürətlə inkişaf edir. 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasındakı mal dövriyyəsi təxminən 30% artaraq 483,9 milyon dollara çatıb. Bu artım nəticəsində İran, Tacikistanın ən mühüm beş ticarət tərəfdaşından birinə çevrilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)