Birja

Qızıl və gümüş bahalaşıb (09.02.2026)

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb.

ENA.az xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçersləri 1.09% dəyər qazanaraq 5034 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 5.85% bahalaşaraq 81.42 ABŞ dolları təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)