Xameneinin müşaviri: ABŞ İrana hücum etsə, Tehranın hədəfi İsrail olacaq
ABŞ-nin təcavüzü halında İsrail ərazisi İran üçün qanuni hədəf olacaq, çünki "onlar birdir".
Məlumata görə, İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin Əli Şəmxani bunu "Al Mayadeen" telekanalına müsahibəsində bildirib.
"İsrail və Amerika iki ayrı qurum deyil; onlar bir qurumdur", - o, ABŞ-nin İslam Respublikasının ərazisinə hücumu halında Tehranın İsrailə qarşı cavab tədbirləri ilə bağlı suala cavabında bildirib.
"Əgər Amerika zərbə endirsə, İsrail mütləq iştirak edəcək və bizim cavabımız mütənasib olmalıdır", - Şamxani vurğulayıb. O, əlavə edib ki, cavabın miqyası onların hərəkətlərindən və addımlarından asılıdır.


















