Birja

Qızıl rekord səviyyədə bahalaşıb (28.01.2026)

"Comex" birjasında fevral ayı üzrə qızıl fyuçerslərinin qiyməti bir unsiya üçün 5 200 dollar həddini keçərək tarixi rekord müəyyənləşdirib.

ENA.az xəbər verir ki, bu barədə Nyu-York Əmtəə Birjasının (Comex) ticarət məlumatlarında deyilir.

Məlumata görə, Bakı vaxtı ilə saat 05:40-a olan göstəricilərə əsasən, qiymətli metalın qiyməti 2,41 faiz artaraq bir troya unsiyası üçün 5 205,1 dollar təşkil edib.

Saat 05:45-də isə qızılın qiymət artımı sürətlənib və 2,64 faiz yüksələrək unsiya üçün 5 216,7 dollara çatıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)