Birja

Qızılın qiyməti tarixi maksimuma çatdı (23.01.2026)

"Comex" Nyu-York birjasının ticarət bölməsi üzrə 2026-ci ilin fevral təhvilli qızıl fyuçerslərinin qiyməti tarixi maksimum səviyyəyə yüksələrək bir unsiya üçün 4 950 dolları ötüb.

ENA.az xəbər verir ki, bu barədə ticarət platformasının məlumatları göstərir.

Bakı vaxtı ilə saat 03:01-də qızılın qiyməti 4 950,1 dollar təşkil edib ki, bu da 0,75% artım deməkdir.

Altı dəqiqə sonra, 03:06-da qiymət daha da sürətlənərək 4 955,9 dollara çatıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)