Trampın Davosa uçan təyyarəsi texniki problemlər səbəbindən ABŞ-yə qayıdır
ABŞ Prezidenti Donald Trampı Dünya İqtisadi Forumunda iştirak üçün Davosa aparan təyyarə texniki problem səbəbindən geri qayıdır.
Məlumata görə, bu barədə CNN mənbəyə istinadən xəbər yayıb.
"N1 reysi texniki problemlər səbəbindən Endryus Hərbi Hava Qüvvələri bazasına qayıdır", - mənbə bildirib.

















