SOCAR-da yeni təyinat olub
Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) yeni kadr təyinatı baş tutub.
Məlumata görə, Teymur Qılıcov Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində Prezidentin müşaviri vəzifəsinə təyin edilib.
Teymur Qılıcov 2021-ci ilin yanvar ayından etibarən SOCAR-ın Müşahidə Şurasının korporativ katibi vəzifəsini icra edir.
O, 2020-ci ilin oktyabr ayından 2026-cı ilin yanvar ayınadək Azərbaycan İnvestisiya Holdinqində Baş icraçı direktorun müşaviri vəzifəsində çalışıb.


















