Sənaye

Rusiyanın neft və təbii qaz gəlirlərində - KƏSKİN AZALMA

Rusiya Maliyyə Nazirliyi neft qiymətlərinin düşməsi və rublun xarici valyutalara nisbətən bahalaşmasının ölkənin enerji ixracından əldə etdiyi gəliri azaldığını açıqladı.

Bəyanatda neft və qaz gəlirlərinin 2025-ci ildə ötən illə müqayisədə 24 faiz azalaraq 8,5 trilyon rubla (108,2 milyard dollar) çatdığı və bu kateqoriyada gəlir itkisinin ötən ay planlaşdırılandan daha yüksək olduğu bildirilir.

Qərb ölkələri Rusiyanın neft və qaz sektoruna qarşı hərtərəfli sanksiyalar tətbiq etsə də, Rusiya enerji ixracı üçün müxtəlif bölgələrdə, əsasən Asiyada alternativ bazarlarda payını artırmağa çalışır.

G7 və Avropa Birliyi (AB) ölkələrinin dəniz yolu ilə daşınan Rusiya neftinə idxal qadağası və barel üçün 60 dollarlıq qiymət limiti 5 dekabr 2022-ci ildə qüvvəyə minib.

Bu çərçivədə, Rusiya nefti müəyyən edilmiş qiymət limiti üzərindən üçüncü ölkələrə satılarsa, G7 və AB ölkələrindəki şirkətlər bu neft üçün nəqliyyat, sığorta və brokerlik kimi xidmətlər göstərə bilməzlər. Bu xidmətlərin təklif olunması üçün Rusiya neftinin qiymət limiti altında ticarət edilməsi lazımdır. Qiymət limiti isə 2025-ci ilin iyul ayında 47,6 dollara endirildi.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)