Qazaxıstan bu il BTC ilə neft tədarükünü 1,6 milyon tona çatdırmağı planlaşdırır
Qazaxıstan neftinin Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri ilə tədarükünün həcmi 2026-cı ildə 1,6 milyon tona çatdırılması planlaşdırılır.
Məlumata görə, bunu Qazaxıstan "KazMunayQaz" (KMG) neft-qaz şirkətinin mətbuat xidməti bildirib.
2025-ci ilin yekunları üzrə Qazaxıstan bu marşrut üzrə 1,3 milyon ton neft tədarük edib.
Qazaxıstan Energetika Nazirliyinin məlumatına əsasən, 2024-cü ildə BTC ilə təxminən 1,4 milyon ton Qazaxıstan nefti nəql edilib.

















