Sosial iqtisadiyyat

Azərbaycanda yumurta 8%-dən çox bahalaşıb

2025-ci ilin dekabr ayında Azərbaycanda yumurtanın qiyməti 8,1% bahalaşıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma manna və qarabaşaq yarmalarının, mal ətinin, balıq və balıq məhsullarının, südün, xamanın, qatığın, pendirin, kəsmiyin, yumurtanın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, göyərtinin, xiyarın, pomidorun, balqabağın, şirin bibərin, kartofun, şokolad məmulatlarının, ketçupun, mayonezin, arağın, ucuzlaşma isə limonun, portağalın, naringinin, bananın, kivinin, ağ kələmin, süfrə çuğundurunun, yerkökünün, sarımsağın qiymətlərində müşahidə olunub.

Tərəvəzlər 5,1%, alkaqollu içkilər 2,7%, balıq və balıq məhsulları 1,1%, süd və süd məhsulları 0,8%, ət və ət məhsulları isə 0,6% bahalaşıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)