Goldman 2027-ci il üçün neftin qiyməti proqnozunu aşağı saldı
Goldman Sachs bildirib ki, qlobal neft qiymətləri bu ilin son rübündə ən aşağı səviyyəyə düşdükdən sonra əvvəllər gözləniləndən daha gec və daha tədricən bərpa prosesinə qədəm qoyacaq.
Bank analitikləri ABŞ, Venesuela və Rusiyadan artan tədarük səbəbindən 2027-ci il üçün Brent və WTI xam neftinin qiyməti proqnozlarını 5 dollar/barel endiriblər. Buna uyğun olaraq, 2027-ci ildə Brent neftinin orta qiymət gözləntisi 58 dollar/barel, WTI isə 54 dollar/barel olaraq yenidən nəzərdən keçirilib.
Goldman Sachs 2026-cı il üçün qiymət proqnozlarını dəyişdirməyib. Bank 2026-cı ildə Brent neftinin orta qiymətinin 56 dollar/barel, WTI isə orta qiymətinin isə 52 dollar/barel olacağını gözləyir, bazarda isə gündəlik 2,3 milyon barel profisit proqnozlaşdırır.


















