Azərbaycanda bankların aktivləri 17%-dən çox artıb
2025-ci ilin dekabr ayının 1-nə Azərbaycanın bank sektorunun aktivləri 58 milyard 748.6 milyon manat təşkil edib.
ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin dekabr ayının 1-i ilə müqayisədə 17.1% çoxdur.
Bankların aktivlərinin 29 685.5 milyon manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 8.5% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 54.6%-dən 50.5%-ə enib.
Hesabat dövründə, bank sektorunun öhdəlikləri illik müqayisədə 18% artaraq 51 517.4 milyon manat olub. O cümlədən sektorun depozit portfeli 5.7% artaraq 37 202 milyon manata çatıb. Bunun 15,847.7 milyon manatı fiziki, 21,354.3 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 14.3%, şirkətlərin banklardakı vəsaitləri isə 0.1% artıb.
Bank sektorunun balans kapitalı isə 11.2% artaraq 7 231.1 milyon manat təşkil edib.


















