Çində süni intellekt sənayesinin dəyəri 170 milyard dolları keçəcək - PROQNOZ
Sinxua agentliyinin məlumatına görə, Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində fəaliyyət göstərən Çin İnformasiya və Kommunikasiya Texnologiyaları Akademiyası (CAICT) Pekində keçirilən sənaye forumunda sənayenin cari vəziyyəti ilə bağlı qiymətləndirmə hesabatını paylaşıb.
Hesabatda, süni intellekt sahəsində çalışan əsas sənayenin ümumi dəyərinin 2024-cü ildə 900 milyard yuanı (127,5 milyard dollar) ötdüyü və 2025-ci ildə 1,2 trilyon yuanı (təxminən 170 milyard dollar) ötəcəyi proqnozlaşdırıldığı bildirilib.
Hesabatda bu il süni intellekt modellərinin dil imkanlarının 30 faiz, polimorfik anlama imkanlarının isə 50 faiz artdığı vurğulanaraq, süni intellekt texnologiyasının kritik dönüş nöqtəsinə çatdığı, texniki yenilikdən real nəticələr verən məhsuldar qüvvəyə çevrildiyi vurğulanıb.
Hesabatda həmçinin, bu ilin əvvəlindən istehsalatda böyük dil modellərinin istifadəsinin geniş yayıldığı, süni intellekt tətbiqi ssenarilərinin istehsalda payının 19,9 faizdən 25,9 faizə yüksəldiyi vurğulanıb.
Süni intellektin və robototexnikanın bir araya gəldiyi inteqrasiya olunmuş süni intellekt sektorunun da sürətlə inkişaf etdiyi və bu sənaye zəncirində fəaliyyət göstərən 350-dən çox şirkətin 2025-ci ilə qədər 40 milyard yuan (5,6 milyard dollar) maliyyə alacağı qeyd edilib.














