Türkmənistanda Putin və Ərdoğanın görüşü keçirilir
Aşqabadda (Türkmənistanda) Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilir.
Bu barədə Rusiya KİV-ləri məlumat verir.
Görüş Sülh və Etimad Beynəlxalq Forumu çərçivəsində keçirilir.
Məlumata görə, görüşün açıq protokol hissəsində prezidentlərin ənənəvi replikaları olmayıb.
















