Nazir şairə yüksək vəzifə verdi - YENİ TƏYİNAT
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev 9 saylı region üzrə (Lənkəran, Astara, Lerik) Dövlət Əmək Müfəttişliyinə yeni rəis təyin edib.
"BI" xəbər verir ki, S.Babayevin müvafiq əmri ilə, 9 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə Etibar Babalı oğlu Vəliyev təyinat alıb.
Eləcə də bax: Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində - YENİ TƏYİNAT
Qeyd edək ki, E.Vəliyev Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Prezident mükafaçısı, tanınmış şair-publisistdir. O, həmçinin 20 ildir 9 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində baş əmək müfəttişi vəzifəsində çalışıb.
(c) Unikal.org