BİZNES

Dövlət büdcəsinə vergi daxilolmaları 2 % artıb

Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 15 milyard 310,5 milyon manat təşkil edib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 % çoxdur.

Vergi daxilolmaları proqnozdan 5,1 % çox icra edilib.

11 aylıq vergi daxilolmalarının 11 milyard 187,6 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 8,7 %, proqnozdan isə 2,7 % çoxdur.

Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti büdcəyə 15,5 milyard manat vəsait köçürməlidir. Beləliklə, 11 ay ərzində həmin məbləğin 98,8 %-i təmin olunub.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)