Gündəm

Britaniya “Lukoil” şirkətinin xarici aktivlərinə müvəqqəti olaraq sanksiyaları ləğv edib

Böyük Britaniya hökuməti “Lukoil” şirkətinin xarici aktivlərini müvəqqəti olaraq sanksiyalardan çıxarıb.

ENA.az "RBK"ya istinadən xəbər verir ki, bu barədə məlumat Krallığın Maliyyə Nazirliyinin saytında dərc olunub.

Qərara əsasən, Rusiyanın enerji şirkətinin beynəlxalq aktivlərinə aid ümumi lisenziya 27 noyabr 2025-ci ildən 26 fevral 2026-cı ilədək qüvvədə olacaq. Bu müddət ərzində Lukoil International və onun törəmə şirkətləri ilə mövcud və ya yeni bağlanmış müqavilələr çərçivəsində ödənişlərin edilməsi və qəbuluna icazə veriləcək.

Nazirliyin bəyanatında vurğulanır ki, bu lisenziya Lukoil International şirkətləri ilə biznes əməliyyatlarının davam etdirilməsinə imkan yaradır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)