Tuğda qeyri-yaşayış binalarının təmirinə 3,2 milyon manat ayrılacaq
Xocəvənd rayonunun Tuğ qəsəbəsi üzrə qeyri yaşayış binalarının (məktəb, bağça və qazanxana) təmir - bərpa, kommunikasiya, yaşıllıq və abadlıq işləri görüləcək.
ENA.az xəbər verir ki, bunun üçün 3 milyon 225 min 963 manat vəsait xərclənməsi planlaşdırılır.
Qeyd edək ki, müvafiq işlərə Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi nəzarət edəcək.


















