Birja

"Bakı Fond Birjası"nın dövriyyəsi 9 %-ə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 54 milyard 620,573 milyon manat təşkil edib.

ENA.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 % çoxdur.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 61,6 % artaraq 25 039 olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)