Lukoil aktivlərinin satışı ilə bağlı Gunvor ilə razılığa gəlib
ABŞ və Avropanın sanksiyaları altında olan Rusiyanın “Lukoyl” neft şirkəti beynəlxalq aktivlərini İsveçrədə yerləşən Gunvor Group neft şirkətinə satmağa razılaşıb.
Rusiyanın 2 nömrəli neft hasilatçısı Lukoil öz internet saytında Gunvor-un Lukoil International GmbH üçün təklifini qəbul etdiyini və digər potensial alıcılarla danışıqlar aparmayacağını bəyan etdi.
ABŞ və Aİ-nin sanksiyalarına məruz qalan Rusiyanın neft şirkəti Lukoil bu yaxınlarda sanksiyalardan sonra beynəlxalq əməliyyatlarını satmağı planlaşdırdığını açıqlamışdı.


















