İslam maliyyəsi 2030-cu ilə qədər 9 trilyon dollara çatacaq
İslam maliyyəsi hazırda 5 trilyon dolların üzərindədir. 2030-cu ildə artıq 9 trilyon dollara çatacaq.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, risklərin idarə edilməsi və müştərək tərəfdaşlıq yaradan İslam maliyyələşməsi ədalətli sığortalama prinsipləri ilə fərqlənir.
"Başqa yerdə var, bizdə də mütləq olmalıdır deyə yanaşma düzgün deyil. Kadrlar, institusional əsaslar hazırlanmalıdır", -deyən Vüsal Qasımlı beynəlxalq İslam təşkilatları ilə işləmək, bu investisiyaların ölkəmizə cəlb etdilməsinin önəmini vurğulayıb.


















