"Unibank" işçi axtarır - VAKANSİYA
Şirkətin adı: Unibank KB
Yerləşmə: Bakı/Gəncə
Sektor: Maliyyə və kredit /Bank
Vəzifə: Fiziki və hüquqi şəxslərə xidmət üzrə Mütəxəssis
Müqavilə şərtləri: Daimi
Başlıca öhdəliklər və məsuliyyətlər
• Müştərilərin qarşılanması;
• Müştərilərin istəyinə uyğun olaraq onların istiqamətləndirilməsi;
• Bankın məhsulları haqqında müştəriləri məlumatlandırmaq;
• Müştərilərə bank hesablarının açılması və bağlanması;
• Hesablardan vəsaitlərin köçürülməsi;
• Əmanətlərin rəsmiləşdirilməsi;
• Plastik kartların sifariş edilməsi;
• Sürətli pul köçürmələri sistemləri ilə vəsaitlərin köçürülməsi;
• Müştərilərə onların istəklərinə və qanunvericiliyə uyğun bütün növ bank xidmətlərinin göstərilməsi;
• Digər inzibati işlərin görülməsi.
Namizədin Profili
• Ali təhsil;
• Yaş həddi 21 – 24;
• Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı (ingilis dilini bilmək arzu olunandır);
• MS Excel və MS Word proqramları ilə işləmək bacarığı;
• Ünsiyyətcil, təşəbbüskar, aktiv;
• Komandada işləmək bacarığı;
• Müştərilərlə işləmək qabiliyyəti;
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Stressə davamlılıq;
• Yüksək qavrama, öyrənmə və insanları inandırma qabiliyyəti;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Müştəri yönümlülük.
Göstərilən tələblərə cavab verən namizədlər https://unibank.az/az/hrsnew/vacanciesHrm/232 linkiylə keçid edib vakansiyaya müraciət edə bilərlər.