MALİYYƏ

Dövlət istiqrazları üzrə hərrac keçirildi - NƏTİCƏSİ

5 mart 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105004755 ISIN-li, 20 milyon  manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 100.0000 AZN (8.0000%) və 100.9128  AZN (7.500%) olan 13 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.9128  (7.5000%), orta ölçülmüş qiyməti 100.9128  (7.5000%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 64 milyon 481 min 500 min yerləşdirilmiş həcmi isə 20 milyon manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  02.03.2021-ci il.

Hərrac iştirakçıları 6 mart 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department