"Jaguar I Pace" Avropada ilin ən yaxşı avtomobili seçildi
Elektrik krossoveri “Jaguar I Pace” Cenevrədə 2018-ci ilin ən yaxşı avtomobili seçilib.
"Businessinsider.az" “Motor 1” portalına istinadla xəbər verir ki, Britaniyanın elektrik avtomobili Fransanın “Alpine A110” idman avtomobili ilə eyni xal toplasa da (250 xal), əlavə göstəricilərə görə münsiflər heyətinin 18 üzvü birincini, 16 üzvü isə ikincini ilk yerə layiq hesab edib.
Jurnalistlər üçüncü yeri “Kia Ceed” heçbekinə verib, dördüncü yeri “Ford Focus” avtomobili tutub.
“I-Pace” modeli “Jaguar” kompaniyasının ilk elektrokarıdır. Avtomobildə ümumilikdə 400 at gücündə iki mühərrik quraşdırılıb. O, tam akkumulyator enerjisi ilə birdəfəyə 470 kilometr məsafə qət edə bilir.