Sənaye

Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti Azərbaycanda törəməsini yaradıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Makine ve Kimya Azerbaijan" MMC-ni dövlət qeydiyyatına alıb.

ENA.az Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva, 103, nizamnamə kapitalı 1 000 000 manat, qanuni təmsilçisi isə Türkiyə vətəndaşı İlhami Keleşdir.

O həm də Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti "Makine ve Kimya Endüstrisi A.Ş"nin Direktorlar Şurası sədrinin müavinidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)