Azərbaycanda işsizlərin sayı açıqlandı - RƏSMİ
![](https://ena.az/uploads/news/2019-03/_businessinsider_a655d6ec9735ce4f7a42b7c54_o.jpg)
Azərbaycanda rəsmi işsiz statusu verilmiş şəxslərin sayı açıqlanıb.
Bu barədə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib.
Sənəddə qeyd edilib ki, 2019-cu ilin yanvarın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 20,1 min nəfər ( onların 37,2 faizi qadınlardır) olub.
2018-ci il mərzində işsizlik müavinəti və işsizlikdən sığorta ödənişinin orta məbləği 326, 70 manat olub.
Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisin martın 15-də keçiriləcək iclasında müzakirə ediləcək.