İsrailin saxladığı üç türkiyəli deputat Azərbaycana gətirilir
İsrailin Qəzzaya humanitar yardım aparan Qlobal Sumud Flotilyasında saxladığı türkiyəli deputatlar Azərbaycana gətirilir.
ENA.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçel bildirib.
Qeyd olunub ki, digər türk vətəndaşlarının gətirilməsi üçün işlər davam etdirilir.















