Gündəm

İsrail ordusu Qəzza şəhərini tərk edəcək

ABŞ Prezidenti Donald Trampın İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllinə dair planının birinci mərhələsinin icrası zamanı İsrail Qəzzanın 53%-nə nəzarətini saxlayacaq.

Bu barədə Ynet portalı məlumat yayıb.

Qeyd olunub ki, İsrail, hökumət müqaviləni təsdiq etdikdən sonra 24 saat ərzində qoşunlarını HƏMAS ilə razılaşdırılmış xəttə geri çəkməlidir.

Bundan sonra İsrail Qəzza ərazisinin təxminən 53%-nə nəzarəti saxlayacaq.

Belə ki, geri çəkilmə zamanı İsrail ordusu "Gideonun arabaları" əməliyyatı zamanı ələ keçirməyə başladığı Qəzza şəhərini tərk edəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)