İnşaat və əmlak

Şuşada binaların tikintisinə 39,7 milyon manat xərclənəcək

Şuşa şəhərində yerləşən D-3 yaşayış massivində 1-ci mərhələ üzrə 10 yaşayış binasının tikintisi həyata keçiriləcək.

ENA.az xəbər verir ki, tikinti işlərinə 39 milyon 700 min 81 manat xərclənəcək.

Qeyd edək ki, müvafiq işləri “GM Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirəcək. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Nəzərli Hafiz Akif oğludur.

Sözügedən işlərə nəzarət isə, “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsi tərəfindən aparılacaq.

Məlumat üçün bildirək ki, sözügedən layihə üçün əvvəlcədən 49 milyon 129 min 815 manat məbləğində vəsaitin xərclənməsi nəzərdə tutulmuşdu.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)