Statuslar

"Problemli kreditlərlə bağlı məsələ həll edilərkən bəzi texniki addımlar atılmalıdır"

Prosesin şəffaflığı üçüm problemli kreditlərin həlli sahəsindən atılmalı texniki addımlar:

1. Kompensasiyaya düşən kreditlərin fevralın 21-i (2015) və dekabrın 21-i (2015) tarixlərinə olan qalıqları barədə məlumatların banklar və müştərilər üzrə siyahısının internetdə (MBNP, MB rəsmi saytında, o cümlədən bankların) yerləşdirilməsi;

2. Kompensasiya alacaq və kredit tarixçəsi pisləşmiş müştərilərə amnistiyanın verilməsi. Bunun üçün mərkəzləşdirilmiş kredit reyestrində və KreditBürosunun məlumat bazasında həmin şəxslərinin kredit tarixçələrinin sağlamlaşdırılması;

3. Veriləcək kompensasiya məbləğinin müştəri və banklar üzrə siyahısının saytlarda (MBNP, MB rəsmi saytında, o cümlədən bankların) yerləşdirilməsi;

4. Restrukturizasiya müqabilində Mərkəzi Bankdan güzəştli kredit alacaq banklar və veriləcək kredit məbləğləri barədə məlumatın açıqlanması;

5. Zamin durmuş və əsas borcalanın əvəzində banka pul ödəmiş şəxslərin kompensasiya almaq imkanlarının təmin edilməsi

 

İqtisadçı ekspert Samir Əliyev

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department