Qızıl rekord səviyyədə bahalaşmağa davam edir (27.09.2025)
Qızıl yenidən rekord səviyyədə bahalaşıb.
ENA.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 1.01% artaraq 3,809 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 3.42% artaraq 46.65 ABŞ dolları təşkil edib.


















