AZAL-ın "qiymətli təqvimi". Türkiyəyə gediş-qayıdış cəmi 300 manat!

AZAL-ın konkret istiqamətlər üzrə bilet qiymətlərini göstərən təqvimi çıxıb. Üzərində “promo” qeyd edilən təqvimdə gediş və qayıdış günləri üzrə biletlərin qiyməti öz əksini tapıb.
Məsələn, noyabrın 19-da gediş noyabrın 21-nə qayıdış seçməklə Milana səyahət cəmi 400 manata mümkündür. Türkiyəyə 28 noyabr -1 dekabr arasında gediş gəliş cəmi 300 manata başa gəlir. Noyabrın 19-da Tbilisiyə gediş 74 manat, qayıdış isə 300 manatdır və bu cəmi 374 manat edir.
Təqvimdən çıxartdığımız nəticədən biri də budur ki, qiymətlər əsasən qayıdış üçün daha yüksəkdir. Bu da onunla bağlıdır ki, AZAL endirim aksiyasına başlayıb və görünən odur ki, AZAL-da gediş Heydər Əliyev adına Beynəlxalq Hava limanından olduğu üçün səxavətli davrana bilirlər. Lakin qayıdışda xarici aeroportların xidmət haqları var deyə, dönüş biletlərinin qiyməti daha yüksək qalıb.
AZAL-ın rəsmi məlumatına görə, sərnişinlər AZAL-ın beynəlxalq reyslərinə aviabiletləri 35%-dək endirimlə aviaşirkətin rəsmi veb-saytından və ya mobil tətbiqindən əldə edə bilərlər.
- Satış tarixləri: 15-30 sentyabr 2025.
- Uçuş tarixləri*: 1-31 oktyabr 2025 (35%-dək endirim) / 1 noyabr 2025 – 17 mart 2026 (25%-dək endirim).