Maliyyə Nazirliyi 20 milyon yığmaq üçün istiqraz buraxdı. Almaq istəyən çox olsa, təklif 100% artırıla bilər

Sentyabrın 30-da Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması saat 10:00-dan 11:00-dək olacaq. İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə göstərilib.
Dövlət istiqrazının növü |
Kuponlu, ortamüddətli, dövlət istiqrazları |
Qiymətli kağızın ISIN kodu |
AZ0201120034 |
Buraxılış həcmi |
20 000 000 manat |
Nominal dəyəri |
100 manat |
İstiqrazların tədavül müddəti |
720 gün |
Faiz ödənişləri |
2026-cı il 30 mart, 2026-cı il 30 sentyabr, |
Faiz dərəcəsi (olduqda) |
6.5% |
Ödəmə tarixi |
30.09.2027 |
Anderrayter |
“PAŞA Kapital İ.Ş.” QSC |
Hərracın gedişi zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Yuxarıda qeyd edilən tarixdə həyata keçiriləcək hərracda dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 100 faizədək artırıla bilər.