Qeyri-Bank

Azərbaycanın aparıcı lizinq şirkəti ləğv olunur

 “Azəri Faktorinq və Lizinq Şirkəti” QSC ləğv olunduğunu elan edib.

Bİ.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.

Məlumatda deyilir ki, şirkətin kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev80/1, mənzil 39 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Azəri Faktorinq və Lizinq Şirkəti” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 400 min manatdır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)