Mərkəzi Bank ev təsərrüfatlarının borc yükünü, istehlak davranışlarını ölçəcək
Mərkəzi Bank uzun illərdir ki, iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən real biznes ilə bağlı bəzi məlumatları açıqlayır. Bu gündən isə ev təsərrüfatlarının istehlak və yığım davranışları, borc yükü və ödəmə qabiliyyətini öyrənmək üçün rəqəmsal sorğuya start verir.
Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin müdiri Samir Nəsirovun sözlərinə görə, sorğunun sualları Avropa Komissiyasının metodologiyasına əsaslanır.
Sorğu 29 sualdan ibarətdir və ildə 4 dəfə keçiriləcək.
"Suallarda alışların səviyyəsi, borcun gəlirinə nisbəti, qiymətlərin qalxması və düşməsi ilə bağlı da suallar olacaq. Sorğu tam anonimdir və istəyirik ki, bu düzgün nəticələr çıxartmağa imkan yaratsın", deyə S.Nəsirov bildirib.


















