Maliyyə Nazirliyi depozit hərracı keçirib

Sentyabrın 19-da Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin idarə olunması məqsədilə növbəti depozit hərracı təşkil edib.
ENA.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Nəticədə xəzinə hesabının 400 milyon manat vəsaiti ölkənin ən iri beş bankından təklif verən üçündə 28 gün müddətinə yerləşdirilib. Depozitin orta çəkili faiz dərəcəsi 7 faiz təşkil edib.