Gündəm

KİV: Bakıda İsrail və Suriya nümayəndələrinin görüşü keçiriləcək

Sentyabrın 18-də Bakıda İsrail və Suriya nümayəndələri arasında təhlükəsizlik məsələləri üzrə görüşü keçiriləcək.

Bu barədə "Sky News Arabia" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bir gün əvvəl, sentyabrın 17-də Londonda İsrailin strateji işlər naziri Ron Dermer və Suriyanın xarici işlər naziri Əsəd əl-Şibani arasında görüş keçiriləcək və tərəflər təhlükəsizlik razılaşması təklifini müzakirə edəcəklər.

Danışıqlarda ABŞ-nin xüsusi elçisi Tom Barrak da iştirak edəcək. Toplantı bu formatda üçüncü üçtərəfli görüş olacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)