İnşaat və əmlak

Bu il qeydiyyata alınan daşınmaz əmlakların sayı açıqlandı

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-avqust ayları ərzində daşınmaz əmlak üzərində 233 943 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

Qurumdan verilən məlumata görə, qeydiyyata alınan mülkiyyət hüququnun 43.362-si (18,5 %) ilkin, 190.581-i (81,5 %) isə təkrar qeydiyyatın payına düşür.

Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində – 44 199, mənzil – 59 983, torpaq sahəsi – 121 147, qeyri-yaşayış binası – 1.993, qeyri-yaşayış sahəsi – 6.067, əmlak kompleksi – 461, çoxmərtəbəli yaşayış binası – 90 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 66 249-u Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Son 8 ayda 165 899 texniki pasport tərtib edilib, 38 889 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)