MALİYYƏ

Kreditə görə kompensasiyanı hesablayan kalkulyator hazırlandı

Dövlət büdcəsinin hesabına xarici valyutada mövcud olan əsas kredit borcuna görə ödənişin hesablanması üzrə Kalkulyator tərtib olunub. 

"Businessinsider.az" xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən təklif edilən kalkulyatorda həm 21 fevral 2015-ci il, həm də 21 dekabr 2015-ci il tarixinə xarici valyutada mövcud olan əsas kredit borcunu daxil etməklə kompensasiya məbləğini hesablamaq mümkündür. Kalkulyatorla həm scroll-bar, həm də xanada əsas kredit borcunu göstərməklə kompensasiyanı hesablamaq mümkündür. Kompensasiya məbləğini elektron hesablamaq üçün bu linkdən istifadə edə bilərsiniz: http://iqtisadiislahat.org/calculator/  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department