Birja

Birjalarda neft ucuzlaşıb (12.09.2025)

Londonun ICE birjasında "Brent” markalı neftin fyuçerslərinin qiyməti 0.54% azalaraq 65.88 dollar/barel olub.

ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin bir barelinin qiyməti isə 0.70% azalaraq 61.86 dollar təşkil edib. 

Cümə axşamı günü azalma Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Rusiyanın da daxil olduğu OPEC+ tərəfindən planlaşdırılan hasilat artımları sayəsində bu il qlobal neft təklifinin gözləniləndən daha sürətli artacağını elan etməsindən sonra baş verib.

OPEC öz hesabatında 2025 və 2026-cı illər üçün nisbətən yüksək qlobal neft tələbi artımı proqnozlarını dəyişməyərək dünya iqtisadiyyatının güclü böyüməyə davam etdiyini bildirib.

OPEC+ bazar payını geri qaytarmaq üçün qrupun lideri Səudiyyə Ərəbistanının təzyiqindən sonra oktyabr ayından başlayaraq neft hasilat kvotalarını daha da artırmaq qərarına gəlib.

Müxtəlif ticarət mənbələrinə görə, Səudiyyə Ərəbistanının Çinə xam neft ixracı oktyabr ayında artacaq. Dövlət enerji şirkəti Aramco-nun oktyabr ayında Çinə gündəlik təqribən 1,65 milyon barel xam neft göndərəcəyi gözlənilir ki, bu da sentyabr ayı üçün ayrılan 1,43 milyon bareldən xeyli yüksəkdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)