Çindən Türkiyəyə yeni yük qatarı marşrutu açıldı

Çindən Orta Dəhliz vasitəsilə Türkiyəyə yeni yük qatarı marşrutu istifadəyə verilib.
ENA.az xəbər verir ki, Çinin iqtisadi cəhətdən ən inkişaf etmiş bölgələrindən olan Quandon əyalətinin paytaxtı Quancou şəhərindən ilk yük qatarı Mərkəzi Asiya – Xəzər dənizi – Azərbaycan – Gürcüstan-Qara dəniz vasitəsilə Türkiyənin İstanbul şəhərinə yola düşüb. Qatar Quandon əyaləti, Honkonq və Makao şəhərlərini əhatə edən Böyük Körfəz regionu ilə Türkiyə arasında logistika dəhlizində mühüm irəliləyişdir. Sentyabrın 6-da Quancou beynəlxalq limanından yola düşən qatar 50 ədəd 40 futluq konteynerlərdə məişət texnikası, geyim və digər məhsullar var.
Dəmir yolu-dəniz-dəmir yolu multimodal daşıma modelinə əsaslana marşrut üzrə hərəkət edən qatarın 20 gün ərzində İstanbula çatması gözlənilir. Qatar Sincan Uyğur Muxtar Rayonundakı Horqos sərhəd məntəqəsindən Qazaxıstana keçərək, yükləri Aktau limanına çatdıracaq. Konteynerlər Xəzər dənizində bərə vasitəsilə Bakıya, oradan isə dəmir yolu ilə Qara dənizə çatdırıldıqdan sonra yenə bərəyə yüklənəcək. Son mərhələdə yüklər Trabzon limanından dəmir yolu ilə İstanbula yola salınacaq. İki dənizi əhatə edən bu marşrutun ümumi uzunluğu 10 min kilometrə yaxındır. Bu, ənənəvi dəniz yolundan 30 faiz qısadır və daşıma vaxtını dəniz yolu ilə müqayisədə 15 gün azaldır.