Bank

“PAŞA Bank”ın rəhbərliyinə təyinat olub

“PAŞA Bank” ASC-nin Müşahidə Şurasına yeni üzv seçilib.

Məlumata görə, səhmarların Ümumi Yığıncağının qərarı ilə Asəf Hüseynov Akif oğlu bu vəzifəyə təyin edilib.

Asəf Hüseynov 2021-ci ilin mayından ana şirkət “PASHA Holding”in baş risk inzibatçısıdır.

O, 2015-2017-ci illərdə “Unibank” ASC-nin İdarə Heyətinin sədr müavini, 2019-2021-ci illərdə “PASHA Bank Georgia”nın Direktorlar Şurasının üzvi vəzifəsində çalışıb.

2023-cü ilin fevralında Nofəl Rzayev “PAŞA Sığorta”nın Direktorlar Şurasını tərk etmişdi. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)