Sosial iqtisadiyyat

Bakıda 14 yerdə Novruz yarmarkaları açılır - ÜNVANLAR

Novruz bayramı ilə əlaqədar olaraq bu gündən Bakıda 14 ünvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları açılır.

"BI" xəbər verir ki, Novruz yarmarkaları Azərbaycan Prezidenti Administrasiyasının təşkilatçılığı ilə Bakı Şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə martın 2-dən etibarən hər həftənin şənbə və bazar günlərində, martın 16-dan 21-dək isə hər gün respublikanın bütün şəhər və rayon mərkəzlərində təşkil olunacaq.

S/s

Rayon

Ünvan

Sahəsi

(kv.m)

Qeyd

 

Binəqədi

7-ci mikrorayon, Kunanbayev küçəsi

1500

 
 

Xətai

Məzahir Rüstəmov küçəsinin
Sarayevo və S.Ə.Şirvani küçələri ilə kəsişməsi

2000

 
 

Qaradağ

Lökbatan qəsəbəsi, 28 May küçəsi,
Olimpiya İdman bazasının qarşısındakı sahə

2000

 
 

Nəsimi

Mərdanov Qardaşları küçəsi, 59

420

 
 

Nərimanov

F.X.Xoyski prospekti, Qələbə meydanı

5000

 
 

Pirallahı

Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi
14 №li evin qarşısındakı qeyri-yaşayış obyekti

150

 
 

Sabunçu

Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, 72

1800

 
 

Suraxanı

Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "V"
yaşayış sahəsi, "Günəş" ticarət mərkəzi

900

 
 

Xəzər

Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi,
döngə 2

500

 
 

Yasamal

H.Cavid prospekti, AMEA-nın binasının
qarşısındakı park

600

 
 

Nizami

C.Naxçıvanski küçəsi, 74, 8-ci km
yarmarkası

10000

 
 

Qara Qarayev prospekti, 55/57
ünvanın qarşısı, "Orbita" ticarət
mərkəzinin avtomobil dayanacağı

600

 
 

Səbail

Seyran Məmmədov küçəsi, 6

200

 
 

Nizami küçəsi, 154, "Landmark"
mehmanxanasının yanı

600

 

Yarmarkalarda respublikamızın müxtəlif bölgələrindən fermerlər, ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən xeyli ucuz təklif edəcəklər. Yarmarkalarda məhsulların keyfiyyətinə və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət olunacaq.

Bakı şəhərində təşkil olunacaq 14 yarmarkada satışa respublikanın 42 rayonundan 52 adda məhsul çıxarılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)