Hesabatlar

Azərbaycanın beynəlxalq maliyyə bazarındakı avrobondları üzrə - SON RƏQƏM

Bu il iyulun 1-nə Azərbaycanın xarici dövlət borcunun 27,7 %-ni və ya 1 milyard 387,3 milyon ABŞ dollarını beynəlxalq maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazları (avrobond) təşkil edib.

Maliyyə Nazirliyinin məəlumata əsasən, bu rəqəm II rübdə dəyişməyib.

Hesabat tarixinə avrobondların 310,7 milyon dollarının ödəniş müddəti 2029-cu ilə qədər, 1 milyard 76,6 milyon dolarının isə ödəniş müddəti 2032-ci ilə qədər olub. Avrobondlar üzrə kupon ödənişləri isə müvafiq olaraq 5,125 % və 3,5 % təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)