Rusiyada qəzaya uğrayan sərnişin təyyarəsindəki 49 nəfərin hamısı ölüb - YENİLƏNİB

İlkin məlumata görə, qəzaya uğrayan "An-24" təyyarəsinin bütün sərnişinləri və ekipaj üzvləri ölüb.
Bu barədə Rusiya mediası məlumat yayıb.
Təyyarə qəzasının baş verməsinə səbəb kimi zəif görmə şəraitində eniş zamanı ekipajın səhvi göstərilib.
***
Rusiyanın Amur bölgəsində içərisində 49 nəfərin olduğu “An-24” təyyarəsi ilə əlaqə kəsilib.
Rusiya mediası xəbər verir ki, xilasedicilər “An-24”-ün axtarışı üçün Amur vilayətinin Tındinski rayonuna gedib.
“An-24”ün Tında hava limanından bir neçə kilometr məsafədə radardan itdiyi bildirilir.
Rusiya FHN xəbəri təsdiqləyib. Təyyarə Xabarovsk-Blaqoveşensk-Tında marşrutu ilə hərəkət edib.