Rəsmi

Prezident dünənki fərmanından danışdı - "Dünyada analoqu yoxdur..." - VİDEO

"Dünən problemli kreditlərin həlli ilə bağlı imzaladığım fərman 800 min insanı əhatə edir. Deyə bilərəm ki, bu fərmanın dünyada analoqu yoxdur".

"Businessinsider.az" xəbər verir ki, bu sözləri mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə prezident İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, bunu oxuyan hər bir vətəndaş görə bilər:

"Bu çox ciddi bir sosial təşəbbüsdür. Dövlət bir daha göstərir ki, öz vətəndaşının yanındadır. Bizim iqtisadi imkanlarımız yarandıqca ilk növbədə, problemli kreditlər məsələsini həll etməyə qərar verdik və bunu bacardıq. Onu da bildirməliyəm ki, ciddi devalvasiyadan əziyyət çəkən ölkələrin sayı kifayət qədər çoxdur. Bizdən də dərin devalvasiyaya uğramış ölkələr vardır. Ancaq heç bir ölkədə bu dərəcədə sosialyönümlü, vətəndaşın marağını güdən addım olmamışdır".

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)