Avtomobil

"Tesla" ən ucuz modelini satışa çıxardı

"Tesla" maraqla gözlənilən ekonomik sinifə mənsub "Model 3" avtomobilini satışa çıxarıb və sifariş qəbuluna başlayıb.

"Businessinsider.az" xəbər verir ki, elektrikli avtomobil şirkətinin 35 min dollarlıq "Model 3" versiyası orta hesabla 355 km məsafə qət edə bilir və 50 min dollarlıq versiyadan fərqli olaraq iki deyil, tək mühərrikə malikdir.

Standart daxili quruluşa, xəritə və naviqasiya sisteminə malik avtomobilin yalnız qara rəngi mövcuddur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)