Sosial iqtisadiyyat

Güzəştli kreditlərlə bağlı vətəndaşlara - MÜRACİƏT

Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Natiq Əmirov vətəndaşlara təmkinli olmağı tövsiyə edib.

"Businessinsider.az" xəbər verir ki, o qeyd edib ki, tələsik  addım atmağa ehtiyac yoxdur:

“Vətəndaşların kredit tarixçəsi mərkəzləşdirilmiş kredit reyestrində çox dəqiq  şəkildə aparılır.  Devalvasiyada yaranan xarici valyutada olan  kreditlərin dəyər artımı ilk növbədə, vətəndaşların  bu gün mövcud olan  kreditlərinin əsas məbləğinin ödənilməsinə yönəldiləcək. Əgər  kredtin bağlanması üçün ödənilmiş vəsait kreditin bağlanması üçün yetərli deyilsə, kreditin qalan hissəsi  ucuz kredit vasitəsi ilə  vətəndaş üçün daha uzun müddətə uzadılacaq. Yox, əgər kreditin ödənilmiş hissəsi devalvasiya məbləğindən daha çoxdursa, bu vətəndaş üçün kart hesabı açılaraq vətəndaşın kartına oturdulacaq. Tövsiyəmiz odur ki, vətəndaşlar evlərində rahat otursunlar. 

Maliyyə Bazarlarına Nəzarət Palatası banklarla, Mərkəzi Bankla birlikdə hər bir vətəndaş üzrə həm kompensasiyanın məbləğini, həm də kompensasiya üzrə  yaranacaq kredit öhdəliklərinin məbləğini , ondan artıq qalan məbləğləri adbaad hesablayacaq. Bunları Mərkəzi Banka və banklara təqdim edəcək.

Bu barədə vətəndaşlar da fərdi qaydada məlumatlandırılacaq. Vətəndaşlar bir halda banka dəvət ediləcəklər. O da əgər onların kredit qalığı qalırsa, hansı ki daha uzun müddətə, yəni 1 faiz kreditlə əvəzlənəcək, bu zaman yeni kredit müqaviləsinin imzalanması üçün vətəndaşlara  bildiriş göndərilərək  onlar banka dəvət olunacaq. Borclarını bağlamış vətəndaşların da kart hesablarına pulu köçürüləcək”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)