N.Əmirov banklara müraciət etdi: Xırda kreditləri olan vətəndaşlara qarşı loyal addımlar atın
“Vətəndaşlardan məsuliyyətli borclanmalarını xahiş edirik. Yorğanına baxıb ayağını uşatmalısan, məsəli var. Əlbəttə çoxu çətinliklər üzündən bu kreditləri alıb, amma etiraf edək bəziləri telefon almaq, Türkiyədə istirahət etmək, əlavə avtomobil almaq üçün borclanıblar”.
"Businessinsider.az" xəbər verir ki, bunu prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov "problemli kreditlər"lə bağlı fərmanı şərh edərkən bildirib.
N.Əmirovun sözlərinə görə, bu fərman nəticəsində banklara 670 milyon manat vəsait ödəniləcək və bu vəsaitin əhəmiyyətli hissəsi borcların əsas hissəsinin ödənilməsinə sərf olunacaq. Beləliklə də banklar çox böyük likvid vəsait əldə edəcəklər.
“Dövlətin banklardan və vətəndaşlardan gözləntisi var. Banklar xırda kreditləri olan vətəndaşlara qarşı loyal addımlar atsın və sosial məsuliyyət nümayiş etdirsinlər. Banklarln real sektoru, kiçik və orta sahibkarlığı əlverişli şərtlərlə kreditləşdirməsini, məsuliyyətli kreditləşmə siyasəti həyata keçirməsini gözləyirik"