Tramp təkcə Putindən məyus olmayıb, həm də ona etibar etmir

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, təkcə rusiyalı həmkarı Vladimir Putindən məyus olmayıb, həm də ona etibar etmir.
Bu barədə Ağ Ev rəhbəri BBC-yə açıqlamasında bildirib.
Trampdan Rusiya liderinə etibar edib-etmədiyi soruşulduqda, o belə cavab verib: "Mən, demək olar ki, heç kimə etibar etmirəm".
O, həmçinin əlavə edib ki, Rusiya-Ukrayna münaqişəsinin həlli üçün şans azı dörd dəfə əldən verilib.
D.Trampın sözlərinə görə, ABŞ Ukraynada qan tökülməsini mümkün qədər tez dayandırmaq üçün işləyir.